Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb.
Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də, döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar olunması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub