Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş Fəxri Konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.
Xarici İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, görüş əsnasında Ceyhun Ələkbərov Fəxri Konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib.
Ceyhun Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Səfir Pərvin Mirzəzadə xarici işlər naziri cənab Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Fəxri Konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub