"Təxminən, doqquz il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri tam möhkəmləndirmək üçün gəlmişdim. Bu tapşırığı yerinə yetirmək çətin olmadı. Qarşımda yalnız açıq qapılar var idi. Çünki Rusiya kimi, Azərbaycan da əlaqələrin möhkəmləndirilməsi üçün çalışırdı".
Mynews.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycandakı diplomatik missiyasını başa vuran Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin müraciətində deyilir.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin V.Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
"Bu illər ərzində bir-birinin suverenliyinə mütləq hörmət, müdaxilə etməmək və maraqların balansı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən çox mühüm hadisələrin şahidi və iştirakçısı olmaq imkanı qazanmışam. Biz bir-birimizi daha yaxşı başa düşməyi, keçmişdəki əlaqələrimizdə olan bütün yaxşı şeyləri qiymətləndirməyi, zamanın yeni tələblərinə uyğun əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi", - səfirin müraciətində bildirilib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub