Prezident İlham Əliyev noyabrın 29-da Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.
Mynews.az-ın məlumatına görə, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd edib. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirib ki, bu, ölkəsinin strateji qərarıdır. O, qeyd edib ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.
Öz növbəsində, prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu deyib. Dövlət başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd edib və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulanıb, bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub