Pakistan və Türkiyə xarici işlər nazirləri ilə ilk üçtərəfli görüşümüz intensiv məsələhətləşmələrlə nəticələndi”.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov pakistanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, imzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır: "Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir. Nəqliyyat əlaqələri müzakirə mövzulardan biridir. Pakistana təklif etdik ki Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini nəzərdə tuturam.
Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd etdik. Bu, ölkələr arasında turizm sahəsində böyük imkanlar yaradır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub