“Kilis də daxil olmaqla, bölgə təhdid edilərkən “Fırat kalkanı” əməliyyatını keçirdik və ərazini terrorçu İŞİD qruplaşmasından təmizlədik. Əgər Türkiyəyə təhlükə yaranarsa, Afrin və ya başqa bir regiona tərəddüd etmədən daxil olar, oranı terrorçulardan təmizləyərik”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının üçtərəfli görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
XİN başçısı Türkiyə və ABŞ prezidentləri arasında olan telefon danışığının bəzi detallarını açıqlayıb: “ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ölkəsinin bundan sonra YPG-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - red.) silah göndərməyəcəyini söyləyib. Biz ABŞ-ın daxili işlərinə qarışmırıq. Ancaq Pentaqon Türkiyəni dinləmirsə, bu, bizi maraqlandırar. Çünki onlara verilən silahlar bizə təhdid yaradır. ABŞ kimi bir ölkənin prezidenti verdiyi sözə əməl etməlidir. Biz buna çox əhəmiyyət veririk. Verdiyimiz sözə də əməl edirik”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub