Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Mynews.az-ın Trend-ə istinadla məlumatına görə, əvvəlcə iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Müzakirələrdən sonra 2018-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.
Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2018-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası, o cümlədən bir sıra qanunlara və məcəllələrə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.
Ümumilikdə Milli Məclisin bu gün keçirilən iclasında 31 məsələ müzakirə ediləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub