"Asiyanın ürəyi - İstanbul prosesi sülh və təhlükəsizliyin həm Əfqanıstan, həm də regionda təminatı üçün bir platformadır".
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda keçirilən Nazirlər Konfransının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan müxtəlif platformalarda Əfqanıstana dəstək verməyə davam edəcək: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər. Azərbaycan elektron hökumət, dövlət xidmətlərinin möhkəmlənməsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində Əfqanıstan üçün təlimlər təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması və "Lapis Lazuri" xəttinin istifadəyə verilməsi bu regionda yüklərin daha sürətlə daşınmasına yol açır. "Lapis Lazuri" sazişi yalnız Əfqanıstanı Avropa bazarına yaxınlaşdırmayacaq, həm də beynəlxalq əməkdaşlığa xidmət edəcək".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub