Ərdoğan yenə Azərbaycanı unutmadı - "Bir millət, bir bayraq, bir Vətən və bir dövlətik” - VİDEO
AKP Iğdır Konqresində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə səslənib.
“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı “Gənclər! Əsla insan gücünün səlahiyyətləri qarşısında əyilməyin”deyib.
Daha sonra Ərdoğan bir xəbərdarlıq da edib: “Əsla ha… Gənclər, Prezidentiniz, böyüyünüz olaraq deyirəm sizə, əsla məzhəb ayrı-seçkiliyə düşməyin. Bizdə İslamdan başqa heç bir şey yoxdur. Bizi bölmək istəyənlərin oyununa gəlməyin”.
Çıxışını bütün Iğdırı salamlayaraq başlayan Ərdoğan “Rəbbim birliyimizi, bərabərliyimizi daim qorusun, inşallah qaşıdakı 2019-cu ilin noyabr ayında baş tutacaq prezident seçkilərində bizə bu yeni siyasi inqilabda uğur qazandırsın” ifadələrini işlədib.
Ərdoğan gənclərin “Iğdır, səninlə qürur duyuruq!” şəklində səsləndirdikləri sevincinə “Şübhəsiz, biz sizinlə iftixar edirik, sizinlə qürur duyuruq. Lakin yeganə arzum, tək istəyim Iğdır qarşıdakı mart ayında keçiriləcək seçkilərdə artıq burada bələdiyyə başçısını AK partiyasına təslim etməyinizdir. Çünki bələdiyyyəçiliyin fərqli yaşanmasını istəyirik” sözləri ilə qarşılıq verib.
Ərdoğan “Dik dur, əyilmə, bu millət səninlədir!” şüarlarına isə “Unutmayın, heç bir zaman bəşəriyyətin planı, heç bir gücün qarşısında əyilmədik. Biz sadəcə və sadəcə Rəbbimizin hüzurunda rukuda, səcdədə əyildik. Heç vaxt qulların qarşısında əyilmədik. Çünki bizim dəyərlərimizdə qula qulluq yoxdur, bizim dəyərlərimizdə sadəcə və sadəcə Allaha qulluq var. Gənclər, xüsusilə də sizə söyləyirəm! Əsla insan gücünün səlahiyyətləri qarşısında əyilməyin! Allahdan başqa qarşısında əyiləcəyimiz heç bir qüdrət yoxdur” deyə fikirlər səsələndirib.
Lakin Ərdoğan çıxışı zamanı Azərbaycanı və millətini də unutmayıb və bütün türk millətinin bir bayraq altında birləşdiyini vurğulayıb:
“Bizdən əvvəl Iğdır Ankaraya çox uzaq idi. Lakin sadəcə olaraq məsafə ilə deyil, düşüncə və qəlb olaraq da çox uzaq idi. Ankara bürokrati, Ankara siyasəti Iğdıra gözünü və könlünü bağlamışdı. 2002-ci ildə iqtidara gəldiyimiz vaxt ilk olaraq bu anlayışa son verdik. Bizə səs versələr də, verməsələr də heç bir ayrı-seçkilik etmədən xidmətin göstərilməsi üçün mübarizə apardıq. Xəritəyə baxdığımız zaman türk, kürd, azəri, çərkəz, boşnak, zaza görmürük. Türk millətini bütün etnik qruplarda görürük. Çünki biz yaradılanı Yaradandan ötrü sevdik. Xəritəni qarşımıza qoyduğumuz zaman şimal-cənub, şərq-qərb görmürük. Harda olursa olsun, düşüncələrindən asılı olmayaraq 780 min kv.km Vətən torpağını görürük.
Ona görə də bütün ayrı-seçkilikləri rədd edirik. Hər dəfə Rəbbimizlə meydanlara çıxırıq. Bir millət, bir bayraq, bir Vətən və bir dövlətik”.
Siyasət
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
- Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir - İlham Əliyev
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadı tərəfindən qətlə yetirilən Hacının FOTOLARI 1000 dəfə oxunub
- Tağı Əhmədovun ölümündən əvvəl SON GÖRÜNTÜSÜ 587 dəfə oxunub
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib 578 dəfə oxunub
- Bakı Kənar Dairəvi yolda təhlükəli vəziyyət: ərazi nəzarətə götürüldü 562 dəfə oxunub