Dünən gecədən cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatı ilə başlanan döyüşlər nəticəsində düşmən ordusu çoxsaylı itki verib.
Publika.az xəbər verir ki, Ermənistan rəsmiləri “heç bir itkimiz yoxdur” deyərək, yanlış ictimai rəy yaratmağa cəhd edir.
Lakin sosial şəbəkələrdə ermənilər tərəfindən çoxsaylı itkilərlə bağlı məlumatlar yayılıb.
“Razm.info” saytının feysbuk səhifəsində erməni istifadəçilərin yazdıqları da düşmənin itkilərini sübut edir.