"Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil".
Mynews.az-ın Report-un Rusiya bürosuna istinadən məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında keçirilən "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, narkotik ticarəti daha çox hökumətin nəzarət edə bilmədiyi ərazilərdə çiçəklənir.
"Müxtəlif şüarlar, o cümlədən "millətlərin öz müqəddəratını təyinetmə hüququ" adı altında suveren dövlətlərin ərazisində "boz zonalar" yaranması və narkotik maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla, qanunazidd hər cür fəaliyyət həyata keçirilməsi faktı həyəcan təbili çalmağa əsas verir. Bu baxımdan, Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyət ciddi narahat edir. İşğal nəticəsində bu bölgədə ölkənin mərkəzi orqanlarının işi tamamilə mümkünsüzdür və bu hal müxtəlif cinayətkar qruplaşmaların, o cümlədən narkotiklərin istehsalı və ticarəti üzrə ixtisaslaşan qruplaşmaların fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır", - deyə Ziyafət Əsgərov bildirib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub