Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qəbul edib.
Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub.
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Azərbaycan prezidenti İlham Əliyevlə 2011-ci ildə Kazan şəhərində İnformasiya Texnologiyaları Parkında görüşdüklərini, o zaman prezident İlham Əliyevin orada xatirə kitabında fəaliyyət göstərməyə başlayan şirkətlərə yazdığı ürək sözlərini məmnunluqla xatırlayıb. Nikolay Nikiforov qeyd edib ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd edib.
Nikolay Nikiforov "XXIII Bakutel-2017" sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də, müxtəlif ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğulayıb və bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev "XXIII Bakutel-2017" sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu cür sərginin artıq ənənəvi xarakter aldığını qeyd edən dövlətimizin başçısı bunu müasir texnologiyalarla bağlı beynəlxalq əhəmiyyətli bir tədbir kimi dəyərləndirib. Prezident İlham Əliyev Nikolay Nikiforovun ölkəmizə bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub