Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhaonu qəbul edib.
Mynews.az xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. Görüşdə Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Dövlət başçısı Azərbaycanda "XXIII Bakutel-2017" sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhaonun "Bakutel-2017"-də iştirakını sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao "XXIII Bakutel-2017" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd edib. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub