"Böyük məmnuniyyətlə deyə bilərəm ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə etdik".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziriSergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, konvensiyanın mətni faktiki olaraq hazırdır: "Bu yaxınlarda sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasına hazırlıq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq.
Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxısan rəhbərliyi tərəfindən veriləcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub