"Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşmada xeyli irəliləyiş əldə olunub".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
S. Lavrov bildirib ki, bütün sənədlər ekspertlər səviyyəsində müzakirə edilir: "Onların konvensiya ilə yanaşı, təsdiq üçün Sammitə çıxarılmasını planlaşdırırıq. Xüsusilə görüşdə dəniz mühitinin qorunması ilə bağlı Tehran çərçivə sazişinin icrasındakı problemi qeyd etdik. Bu saziş çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsinə dair protokolun qəbulu barədə razılığa gəldik. Rusiya bu mövqedən çıxış edir ki, bu protokol Konvensiyaya kimi imzalana və ya imzalanma dövlət başçılarının təsdiqindən sonra da baş tuta bilər. Bugünkü görüşü pozitiv qiymətləndiririk. 20 illik işi yekunlaşdırdıq. Konvensiyanın mətni ölkə başçılarına təqdim ediləcək və ümid edirik ki, onlar tərəfindən də dəstəklənəcək".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub