“Hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir”.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.
Onun sözlərinə görə, indiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir: "Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayırıq, ya da bizi ciddi bədbəxtlik gözləyir".
Sabiq nazir qeyd edib ki, Ermənistana yeni elita, xalqa isə yeni iqtisadi siyasət və mühit lazımdır: “Gizlətmirəm, mənə yüksək vəzifələr təklif olunub, lakin mən bundan imtina etmişəm. Mənim indiki siyasi elitanın heç bir üzvü ilə problemim yoxdur. lakin mən özümü bu hakimiyyətin tərkibində görmürəm. Çünki bizim yanaşmalarımız fərqlidir”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub