“Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu gün Vyanada baş tutacaq görüşünü həlledici adlandırmaq olmaz. Hər iki ölkənin XİN rəhbərləri lazımi yerdə, lazımi vaxtda olublar.
Bildiyimiz kimi, Avstriya ATƏT-ə sədrlik edən ölkədir və sədrliyin illik nəticələri üzrə XİN rəhbərlərinin görüşünü keçirir. Azərbaycan və Ermənistan XİN rəhbərləri də bu görüşdə iştirak etmək üçün hazırda Vyanadadırlar. Bu da bəzi məsələləri müzakirə etməyə əlavə imkanlar yaradır”.
Mynews.az-ın məlumatına görə, Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu gün Vyanada baş tutacaq görüşünü şərh edərkən “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.
“Danışıqlar prosesinin hazırkı mərhələsində tərəflərdə maraq doğuran konkret təkliflər irəli sürülüb. Ona görə də biz hazırda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu təklifləri nəzərdən keçirdiyini və onların nəticəsində qərar qəbul etmək üçün görüşlərin intensivləşdiyini müşahidə edirik.
Düşünürəm ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yaxın zamanlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüşünün növbəti mərhələsi baş tutacaq.
Belə ki, Rusiyanın XİN rəhbərinin cari ilin noyabrında regiona səfəri rəsmi Moskvanın da bu təkliflərin ciddi surətdə müzakirə olunmasında və konkret qərarlar qəbul edilməsində maraqlı olduğunu göstərir".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub