Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.
Mynews.az xəbər verir ki, Vəkillər Kollegiyasının 2012-2017-ci illər üzrə fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib və hesablama komissiyasının sədri və üzvləri müəyyənləşdirilib. Anar Bağırov Vəkillər Kollegiyasının sədri, Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər.
VK Rəyasət Heyətinin yeni üzvləri isə Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov, Elçin Qənbərovdur.
Qeyd edək ki, hüquq elmləri üzrə fəlsəfə doktoru A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub. O, Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının Vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsinin dekan əvəzi, Akademiyanın elmi şurasının üzvüdür. A.Bağırov Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.
12:13
Bu gün Vəkillər Kollegiyasının (VK) yeni sədri seçildi.
Mynews.az xəbər verir ki, keçirilən konfransda 116 nümayəndə iştirak edib.
Konfransda VK Rəyasət Heyətinin üzvü Anar Bağırovun qurumun sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub