ABŞ-ın Yaxın Şərq və bir sıra Avropa ölkələrindəki səfirlikləri ölkə prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını elan etdikdən sonra vətəndaşlarını mümkün etiraz aksiyaları barədə xəbərdar edib.
Mynews.az "Associated Press"ə istinadən xəbər verir ki, D.Trampın bəyanatından sonra ABŞ-ın Türkiyə, İordaniya, Almaniya və Böyük Britaniyadakı səfirlikləri öz rəsmi saytlarında amerikalıları ehtiyatlı olmağa çağıran xəbərdarlıq yerləşdiriblər.
ABŞ-ın Ankaradakı səfirliyi diplomatik missiyanın binasının yaxınlığında, eləcə də, İstanbuldakı konsulluğun yanında etiraz aksiyaları keçiriləcəyini gözləyir.
ABŞ-ın Əmmandakı səfirliyi dekabrın 7-də səfirliyin bağlı olacağını bildirib və əməkdaşlarına paytaxtı tərk etməyə qadağa qoyub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub