"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada təhlükəsizlik və əməkdaşlığın qurulmasına töhfəsini verə bilər".
Mynews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-də sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
"ATƏT məkanında münaqişələrin həlli məsələsində bu il müsbət irəliləyişlər olub, xüsusilə təşkilat bu ölkələrin münaqişələrdən əziyyət çəkən əhalisinə dəstək göstərib", - diplomat deyib.
Onun sözlərinə görə, ATƏT görüşlər təşkil edərək və sahə missiyalarını həyata keçirərək, unikal bir platformaya çevrilir: "ATƏT məkanında etimadı bərpa etmək zəruridir".
Bundan başqa, S.Kurts bütün ölkələrə təhlükə mənbəyi olan radikalizm və terrora qarşı mübarizənin əhəmiyyətini vurğulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub