"Sumqayıtın tikintisində böyük insan tələfatı olub. Hamımıza zorakı sənayeləşmənin əsl mahiyyəti gec də olsa, aydındır. Tikintinin çox qısa müddətə tikilməsi göstərişi verilmişdi. Hamını tələsdirirdilər. Bir mismarı düz vurmayana antisovet damğası vurub, Sibirə sürgün edirdilər.”
Xeberle.com-un məlumatına görə, bu fikirlər tarix üzrə fəlsəfə doktoru Ulduz Quliyevanın "Azərbaycan Respublikasının beynəlxalq iqtisadi-mədəni əlaqələrində Sumqayıtın iştirakı" adlı kitabında yer alıb.
Qeyd olunur ki, orada böyük alimlər qrupu da var idi. Alimlər gündə 14-16 saat işləyirdi. O vaxt Sumqayıt 1 saylı İstilik Elektrik Stansiyasının direktoru olmuş Əli Mustafayev şahidi olduğu bir hadisəni belə xatırlayır: "Bir gün səhər işə gələndə gördük ki, 18 alimin hamısını həbs ediblər. Nədir-nədir aralarında İqnatenko adlı birisinin babası çara xidmət edibmiş. Guya o, alimlər arasında antisovet təbliğatı aparmaq istəyir. O vaxt kommunist təbliğatına hamı inanırdı. Sonralar onlar Xruşşovun dövründə bəraət aldılar. Bəziləri isə Sibirdə həlak olmuşlar. Lakin Sovet ideologiyası ilə əlaqədar bu fakt da həmişə nəzərdən qaçırılır”.
XX əsrin 30-40-cı illərində sənaye qəsəbəsi kimi təməli qoyulan Sumqayıtın ilk inşaatçıları, qurucuları və ilk sakinləri icbari əmək cəzasına məhkum edilmiş məhbuslar, işsizlik ucbatından kəndləri tərk edərək buraya bir parça çörək dalınca gələn gənclər idilər.
Vəsaitdə həmçinin bildirilir ki, 30-cu illərdə buraya Sibirin bir çox şəhərlərindən, o cümlə-dən Nijni-Tagildən, Kurqandan çoxlu dustaq gətirmişdilər. Onları ağır işlərdə işlədirdilər. Sumqayıt İstilik Elektrik mərkəzinin Azərbaycan boruyayma, kimya, sintetik kauçuk zavodlarının ilk özüllərini onlar qoymuşlar. Burada təxminən beş minə yaxın dustaq çalışırdı. Dörd-beş il ərzində onların yarısı dünyasını dəyişmişdir. Ağır əl əməyi, soyuq, aclıq, elementar sosial şəraitin olmaması onların fiziki durumuna ciddi təsir göstərirdi. Çoxları elə tikintidə də həlak olurdu. Aralarında zəif iradəli dustaqlar da var idi. Sumqayıtın ilk qurucularının dediyinə görə, çox vaxt tikinti meydançasına işə gələrkən bir neçə nəfərin özünü dar ağacından asdığının şahidi olurdular.
Təbii ki, Sumqayıtı yuxarıda qeyd edildiyi kimi təkcə dustaqlar tikməyib. Onun tikintisində adlı-sanlı əmək adamları, bacarıqlı rəhbər işçilər də olub. Sumqayıt şəhər partiya komitəsinin ilk birinci katibi Yəhya Məmmədov olub. Sonralar o, Azərbaycan boruyayma zavodunun direktoru vəzifəsində çalışıb. Sumqayıt şəhərinin tikintisində və inkişafında Kamran Hüseynovun müstəsna əməyi var. Yuxarıda qeyd etdiyimiz xidmətləri ilə bərabər o, sənaye komplekslərinin, mədəniyyət saraylarının tikilib istifadəyə verilməsində müstəsna xidmətlər göstərmişdir. Bunlardan əlavə şəhərə rəhbərlik etmiş digər şəxslərin, məsələn H.Axundov, N.Balakişiyev və Z.Hacıyevin də xidmətləri az olmamışdır. İlk təvəllüd günündən sabaha inamla addımlayan Sumqayıtın ilk qurucu sakinləri həm də respublikamızın müxtəlif bölgələrindən axışıb gələn inşaatçılar olmuşdur. Aslan Osmanov, Heydər Ağayev, Məzahir Abdullayev, Ərşad Kərimov, Sabir Rzayev, İslam İsayev, Baxış Aslanov, Sərvər Bədəlbəyli, İmamverdi Vəliyev və s., metallurqları İ.Qasımov, Z.Həsənova, D.Dadaşov; ziyalılardan Ə.Abdullayev, H.Aslanov, A.Əfəndiyev, M.Salahov; maarif xadimlərindən S.Şəfiyev, X.Verdiyeva, S.Səmədzadə, Y.Bünyadovun adları şəhərin şanlı səhifələrini təşkil edirlər.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub