Ermənistanda “ANYA” tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan erməni ordusunun itkilərini açıqlayıb.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, T.Akopyan 1994-cü ildən indiyə kimi Ermənistan ordusunun 2 min itki verdiyini bildirib: “Lakin bu haqda dəqiq məlumatı Ermənistanın Müdafiə Nazirliyi verə bilər”.
T. Akopyan əlavə edib ki, 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Ermənistanın Müdafiə Nazirliyi demək olar ki, hər gün hərbi qulluqçunun ölməsi haqda məlumat yayır: “1994-cü ildən başlayaraq, ordudakı itkilərlə bağlı dəqiq məlumatları yalnız Müdafiə Nazirliyi yaya bilər. Lakin son illərdə bir sıra media orqanı, ictimai təşkilatlar monitorinqlər aparır, itkilər haqda danışırlar. İtkilərin əhəmiyyətli hissəsi 1995-1998-ci ildə olub. Daha sonra isə ən böyük itki 2016-cı ildə oldu. Ermənistan ordusu 162 itki verdi”.
T.Akopyan 2017-ci ilin yanvar-fevral ayları ərzində Ermənistan ordusunun 9 itki verdiyini deyib. Lakin o, bunların rəsmi açıqlanan rəqəmlər olduğuna da diqqət çəkib.
“1994-cü ildən başlayaraq, ümumilikdə Ermənistan ordusunun 2000 hərbi qulluqçusu ölüb. Bu, təxmin edilən məlumatlardır. Dəqiq məlumat isə Müdafiə Nazirliyində var”, - deyə o bildirib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub