Bu gün hamımız üçün çox çətin və ağır bir gün kimi keçir. Səhərdən hamı səbirsizliklə, böyük narahatçılıqla cəbhədə baş verənlərlə maraqlanır və bu da təbiidir. Suallar çox, cavablar isə həddindən az olduğuna görə bəzən şayilər də yayılır.
İçi mən də daxil olmaqla hamımız Müdafiə Nazirliyimizdən baş verənlərlə bağlı məlumat gözləyirik. Bəli, biz azğın və şərəfsiz düşmənlə bu günkü döyüşlərdə çox qiymətli zabit və əsgərlərimizi itirmişik. Allah rəhmət eləsin və Şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin əzizlərinə, doğmalarına səbr və dözüm arzulayıram. Yəqin ki, yaxın saatlarda bizim neçə nəfər şəhid verdiyimizi hörmətli Müdafiə Nazirliyimiz açıqlayacaq.
Bir nəfər əsgər və zabitimizin də sıramızdan vaxtsız getməsi əvəzssiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdilər. Amma, alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa bağlıyacaqlar. Onların öz itkilərini gizlətməsi çox asandır.
Bir ucu Şuşa, Xankəndi, digər işğal altında olan ərazilərimizdəki səyyar tibb məntəqələrində onlar öz yaralı və meyidlərini saxlayır, sonra isə onları ya İrəvana, ya da digər şəhərlərin xəstəxana və hospitallarına təxliyyə edirlər.
Sosial mediada olan dostlardan və xüsusən də onlayn saytlar və bloqlarda olan yoldaşlardan acizənə xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Ən azından onlar hər zaman olduğu kimi bu dəfə də dezinformasiyaları aktiv yayır və ordumuzun, xalqımızın ruhdan düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri də son dərəcə özlərini yersiz aparırlar.
Bu müharibədir və düşmən bizim bəzi xüsusiyyətlərimizdən tam öz xeyrinə istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq.
Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir və heç bir panikaya və narahatçılığa əsas yoxdur.
Tanrı Silahlı Qüvvələrimizi və Azərbaycanımızı qorusun!!