“Xocalı faciəsinin baş verməsindən 25 il keçsə də, hələ də Xocalıya ədalət istənilir. İnşallah, yaxın zamanda bu ədalət təmin olunar, Azərbaycan işğal altında olan torpaqlarına qovuşar. Xocalıda qətliam törədənlər ən qısa zamanda cavab verərlər”.
Enter.News-un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir Xocalı faciəsinin insanlıq tarixində qara bir ləkə olduğunu deyib. Faciənin 25-ci ildönümü günündə azərbaycanlılarla həmrəylik nümayiş etdirmək üçün səfirliyin əməkdaşları ilə birgə “Xocalı” abidəsini ziyarət etdiklərini açıqlayan diplomat “Azərbaycanın başı sağ olsun, şəhidlərimizə tanrıdan rəhmət diləyirəm. Bilirəm ki, onların hər birinin məkanı cənnətdir”, deyə bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub