Tbilisidə səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə baş çəkib.
Mynews.az-ın məlumatına görə, muzeydə nümayiş olunan eksponatlar barədə Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva ətraflı məlumat verib. Muzeyin açılış mərasimində Gürcüstan və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edib. L.Əliyeva Tiflisin meri Kaxa Kaladze ilə də görüşüb.
Xatırladak ki, muzeyin piar meneceri Leyla Əliyeva BAKU.WS-ə bir müddət əvvəl bildirmişdi ki, muzeyin tanınması üçün xeyli işlər görürlər. Muzey Tbilisinin turizm marşrutunun siyahısındadır, turizm şirkətləri ilə əlaqələri var. Tbilisidə muzeyin bukletləri paylanır, festivallarda iştirak edirlər. Muzey Gürcüstanın Mədəniyyət Nazirliyinin balansında olduğuna görə bütün dövlət tədbirlərində Azərbaycanı təmsil edirlər. L.Əliyeva deyir ki, Gürcüstandakı azərbaycanlı gənclərə, tələbələrə dəstək olurlar.
Qeyd edək ki, 1982-ci ildə açılmış bu muzey Tbilisinin Gorqasali küçəsində yerləşir. Muzeyin yerləşdiyi binanı böyük dramaturqumuz özü inşa etdirib, ömrünün sonuna kimi orada yaşayıb. 2012-ci ildə - M.F.Axundzadənin anadan olmasının 200 illik münasibətilə ilə muzeydə əsaslı təmir həyata keçirilib.



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub