Azərbaycan baş nazirinin köməkçilərinin sayı azaldılıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Bundan başqa, baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.
Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub