"Dağlıq Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq"

Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibə verib.
Mynews.az həmin müsahibəni təqdim edir:
- Ermənistanlı həmkarınız Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir. Bu barədə fikirlərinizi öyrənmək istərdik?
- Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə, danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu.
Vyana görüşünündən sonra razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi şəkildə iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaq. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Siyasət
- Ceyhun Bayramov Ermənistana xəbərdarlıq etdi
- Prezident: "Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır"
- Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - VİDEO
- İlham Əliyev: "Biz uzunmüddətli sülhə hədəflənmişik"
- Erməni KİV: “Zoddakı hərbi hissə tamamilə dağıdılıb”
- “Caliber” sərhəddəki vəziyyət barədə - “Atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib 933 dəfə oxunub
- Azərbaycan Ordusu Qarabağda hərəkətə keçdi 928 dəfə oxunub
- Metroda sərnişin relslərin üzərinə düşüb 921 dəfə oxunub
- İstanbul üçün qorxunc zəlzələ proqnozu - Daha çox Avropa tərəfi... 582 dəfə oxunub
- Quru sərhədlər açılır? - Deputat tarix açıqladı 581 dəfə oxunub