“2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq”.
Mynews.az News.am-a istinadən xəbər verir ki, bu bəyanatla Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.
“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlanılmışdı. Bu da 2009-cü ildə Sürixdə protokolların imzalanmasına gətirib çıxardı. Lakin həmin sənədlər hələ də ratifikasiya olunmayıblar. Belə ki, Türkiyə tərəfi protokollara zidd olan şərtlər irəli sürüb. Ermənistan prezidenti protokolların həyata keçirilməsində heç bir irəliləyiş olmadığı üçün BMT-nin Baş Assambleyasında onların ləğv ediləcəyi bəyanatı ilə çıxış edib. Beləliklə, biz 2018-ci ilin yazını bu protokollarsız keçirəcəyik”, - deyə Nalbandyan bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub