ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar.
Mynews.az Report-a istinadən məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin, eləcə də digər mənbələrdən məlumatına əsasən, fevralın 25-də təmas xəttində, itkilərə gətirib çıxaran ciddi atəşkəs pozuntusu müşahidə olunub.
Həmsədrlər münaqişə tərəflərini ağır silahlardan istifadə etməkdən çəkinməyə və onları əvvəlki mövqelərinə doğru geri qaytarmağa, eləcə də həlak olanların cəsədlərini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə bir gün əvvəl razılaşdırılmış şəkildə qaytarmağa çağırıblar.
Həmsədrlər həmçinin tərəflərə zorakılıqların istifadəsindən çəkinməklə bağlı öhdəlikləri xatırladıblar.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub