Erməni qəzetləri ərəb şahzadənin erməni əsilli olduğunu yazır
Bir neçə ərəb şahzadəsi və onların oğulları artıq üç gündür ki, Ermənistanın oliqarx siyasətçisi Qaqik Sarukyanın qonağıdır.
İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak" qəzeti məlumatyayıb.
Qəzetin yazdığına görə, gələn qonaqlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Zahid əl-Nahayyanın böyük oğlu da var.
"Qraparak"ın yazdığına görə, ərəb şeyxləri Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün sərmayə qoymağa qərar veriblər. Həmçinin qəzet bildirir ki, ərəb şeyxləri İrəvandakı qohumlarını görməyə gəliblər.
Qeyd edək ki, müxtəlif erməni mənbələri iddia edirlər ki, indiki Əbu-Dabi əmiri, BƏƏ prezidenti şeyx Xəlifə ibn Zahid əl-Nahayyanın ana tərəfi ermənidir. Bu xətlə onlar həm də Səudiyyə kralı Samanla da qohumdurlar, erməni mətbuatı kral Salmanın da anasının erməni olmasından yazırlar.
Erməni mətbuatının yazdığına görə, Səudiyyə krallığının əsasını qoymuş Abdel Əziz ibn Saud 1915-ci ildə başlamış erməni qiyamı zamanı Türkiyədən qaçmış erməni qızı ilə evlənib.
Ərəb şeyxlərinin Ermənistana sərmayə yatırması bu ölkənin gücləndirilməsi deməkdir ki, bu da, dolayısı ilə, Qarabağın Ermənistan ordusu tərəfindən işğalına dəstək verməsidir.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub