Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik və 82 millimetrlik minaatanlardan (cəmi 9 mərmi), həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub. Mynews.az -ınMüdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq, Quşçu Ayrım, Fərəhli, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Mərzili, Nəmirli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub