Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə olacaq.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə XİN başçısıMövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifləgörüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
M. Çavuşoğlu əlavə edib ki, Bakıda bu gün keçirilən görüşdə üç ölkənin iş adamlarının bir araya gətirmək barədə də razılığa gəlinib.
"Ermınistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".
O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".
M. Çavuşoğlu əlavə edib ki, Türkiyə hər iki ölkədən təbii qaz və neft alır.
“Aldığımız neft və qağın həcmini artırmaq istəyirik. Gələn il TANAP bitəcək. İran qazının da beynəlxalq aləmə çıxması istiqamətində çalışırıq. Enerji sahəsində əlaqələri daha da inkişaf etdirə biləcəyimizi düşünürük”, - deyə nazir bildirib.
M. Çavuşoğlu əlavə edib ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə olacaq.
Onun sözlərinə görə, Bakıda bu gün keçirilən görüşdə üç ölkənin iş adamlarının bir araya gətirmək barədə də razılığa gəlinib.
"Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb. Bu faydalı prosesi davam etdirəcəyik".
O, Türkiyənin Cenevrə prosesini də dəstəklədiyini bildirib: "Lakin son görüşdə nəticə əldə olunmadı. İndi siyasi həllə köklənməliyik. Davamlı həll yalnız siyasi yolla mümkündür. Bunun üçün terror təşkilatlarından başqa bütün tərəflər görüşməlidir. Soçi sammitində belə bir qərar alındı. Həmçinin, ölkə seçkilərə hazırlanmalıdır. Demokratik, şəffaf ədalətli seçki olmalıdır.
Ölkənin bunun üçün Konstitusiyaya ehtiyacı var. Bu isə Suriya xalqı tərəfindən hazırlanmalı və müzakirə edilməlidir. Bizim məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir".
"Üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik".
Bunu isə xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bununla bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub: "Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndilirilib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanln mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür".
Nazir bildirib ki, Azərbaycanla İran arasında da enerji sahəsində əməkdaşlıq güclənir.
"Üç ölkə arasında elektrik enerjisi mübadiləsi da gündən-günə artır. Qərara gəlmişik ki, növbəti görüşə özəl və iqtisadi sektoru da dəvət edək", - deyə E. Məmmədyarov qeyd edib.
"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir".
Bunu isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, üçtərəfli format çox vacibdir: "Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".
12:05
Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.
Mynews.az xəbər verir ki, görüşün yekununda birgə Bəyannamə qəbul olunub.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub