“Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda azərbaycanlı və iranlı həmkarları ilə birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə sualı cavablandıran nazir xatırladıb ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb: “Bu razılaşmanı Ermənistan rəfə qoysa və ya ləğv etsə, nə olacaq ki? Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil”.
Xatırladaq ki, Ermənistan rəhbərliyi Türkiyə ilə imzalanmış protokolların gələn ilin baharına qədər ləğv ediləcəyini açıqlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub