Türkiyə Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda təmas xəttində son hadisələrlə bağlı bəyanatla çıxış edib.
Mynews.az haqqin.az-a istinadən xəbər verir ki, rəsmi Ankara qoşunların təmas xəttində hərbi əməliyyatlar zamanı həlak olanların yaxınlarına və doğmalarına, eləcə də bütün Azərbaycan xalqına başsağlığı verib. Məlumatda həmçinin yaralı Azərbaycan əsgərləri haqqında da məlumat var.
“Biz fevralın 24-dən 25-nə keçən gecə qoşunların təmas xəttində Ermənistanın Azərbaycana qarşı hücumunu qəti pisləyirik. Artıq 25 ildir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. 2016-cı ilin aprel ayında baş verən hadisələrin təkrarlanmaması və təmas xəttində gərginliyin artmaması üçün Ermənistanı atəşkəs rejiminə riayət etməyə və aqressiyaya son qoymağa çağırırıq”, - bəyanatda deyilir.
Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Türkiyə və Azərbaycan XİN rəhbərləri Mövlud Çavuşoğlu və Elmar Məmmədyarov arasında telefon danışığı baş tutub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub