Pakistanın GIDS (Global Industrial & Defence Solutions) şirkəti quru qoşunları, hərbi dəniz qüvvələri və daxili qoşunların təchizatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Mynews.az-ın xəbərinə görə, bu barədə Report-a şirkətin rəhbəri, istefada olan general-mayor Tariq Cavaid bildirib.
Onun sözlərinə görə, şirkət artıq Pakistanda daxili qoşunlara silah təminatını həyata keçirir.
“Daxili qoşunları dəbilqələr, tüstü bombası ilə təmin edirik. HHQ və quru qoşunlarına gəlincə, artıq müqavilələrimiz var və hər iki ölkənin yüksək rütbəli məmurlarından təsdiq gözləyirik”, - deyə T.Cavaid vurğulayıb.
GIDS rəhbəri həmçinin əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu məsələ ilə bağlı müəyyən razılaşma var.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub