Ermənilər ötən ilin aprelində qarşılaşdığı məğlubiyyətin əvəzini çıxmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirir. Mynews.az SİA-ya istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi akademiyasının müəllimi, hərbi ekspert, polkovnik Xətai Baxışovun fikirlərini "Kavkazskiy uzel" saytı qeyd edib.
"Erməni tərəfi ötən il Lələ Təpə yüksəkliyi və Talış kəndi ətrafında itirdikləri ərazilərin revanşını almaq üçün məqsədyönlü təxribatlara əl atır", - deyən polkovnikin sözlərinə görə, düşmən itirilmiş mövqeləri geri almağa cəhd edib, ancaq buna nail ola bilməyib:
"Ona görə bu dəfə zərbə nöqtəsini dəyişiblər və Xocavənd-Fizuli istiqamətində onlara sərf edən mövqeləri tutaraq, Beyləqan və Ağcabədi rayonlarını Ağdam, Tərtər və Bərdə rayonları ilə birləşdirən strateji avtoyolu tutmağa çalışıblar. Bu baş versəydi, hərbi birləşmələrin, eləcə də mülki vətəndaşların həmin istiqamətdəki hərəkətlərində çətinlik yaradacaqdı, amma düşmən buna nail ola bilmədi". Son saatlarda da ordumuzun mövqelərin yarmaq istəyən düşmən minamiyot və artilleriyadan da istifadə edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub