Bu gün dünyada çox böyük bir gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupunun üzvlərini də narahat edir. Bu nöqteyi-nəzərdən, müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə sanki diqqət azalıb.
Mynews.az məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, buna baxmayaraq son vaxtlar həmsədrlərin regiona səfərləri baş tutdu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir:
“Eyni zamanda, Rusiya rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bunun üçün əlindən gələni edir”.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub