“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə cari il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək”.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, fond dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcək:
“Aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də fondun vəzifələrinə daxildir.
Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, fond təhsillə bağlı qarşısına geniş məqsədlər qoyub”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub