Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.
Müdafiə Nazirlyindən Mynews.az-a daxil olan məlumata görə, hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra müdafiə naziri burada yaradılan şəraitlə tanış olub.
General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də, hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub