Deputatın oğluna vəzifə verildi - YENİLƏNİB
![](https://img.mynews.az/news/2017/12/photo_35321.jpg)
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Fəxri Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Mynews.az-ın xəbərinə görə, Fəxri Kazımov millət vəkili Xanhüseyn Kazımlının oğludur.
***
14:41
Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xanhüseyn oğlu Kazımovunİpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Mynews.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 1035 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 982 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 981 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 977 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 946 dəfə oxunub