Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, separatçı liderlər mart ayının 1-nə kimi Donbasın blokadasına son verilməyəcəyi halda bölgədə olan bütün Ukrayna müəssisələrinin “respublikalar”ın hüquq sahəsinə keçəcəyini bildirib.
“Biz Ukraynaya kömürün çatdırılmasını dayandıracağıq. Kömürün çatdırılması üçün nə imkan, nə də ödəniş sxemi var”, – deyə separatçı liderlərin birgə bəyanatında deyilir.
Aleksandr Zaxarçenko və İqor Plotnitskinin sözlərinə görə, Donbasda dəmiryol yollarının blokadası Minsk razılaşmalarına ziddir.
“Biz bütün istehsal proseslərini yenidən quracağıq. Onları Rusiya və başqa ölkələrin bazarına yönəldəcəyik. Məhz bu, “respublikalar”ımızın bəyannamələrində birinci proqram xarakterli vədlərimizdən biri idi”, - “DXR” və “LXR” başçıları yekunlaşdırıblar.
Zaxarçenko isə KİV-ə açıqlamasında bildirib ki, məhz indi “DXR” və “LXR” tərəfindən Ukraynanın blokadası başlanıb:
“Biz daha onlara kömür satmayacağıq. Biz Ukraynaya kömür satmaqda maraqlı deyilik. Bölgədə olan bütün Ukrayna müəssisələri “respublikalar”ın hüquq sahəsinə keçəcək. Bura bütün müəssisələr aiddir, stadionlar, mehmanxanalar və sair. Xüsusi struktur yaradılacaq. Bu müəssisələr Rusiya Federasiyasına yönəldiləcək”.
Onun sözlərinə görə, “DXR”in büdcəsinin 70 faizini milliləşdirilmiş müəssisələr doldura biləcək. “DXR”in başçısı qeyd edib ki, müəssisələrin başqa satış bazarlarına yenidən istiqamətləndirilməsi üçün ən azı 1-2 ay gedəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub