Rusiya Müdafiə naziri müraciətlərin edildiyini bəyan edib.
Bu il Beynəlxalq Ordu oyunları coğrafiyasını genişləndirəcək. Müsabiqəni Çin, Qazaxıstan və Azərbaycan qəbul etməyə hazırdır.
Bunu Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bəyan edib.
“Bu il bəzi ölkələr Beynəlxaq Ordu oyunlarının özlərində keçirilməsi üçün müraciət ediblər. Bu il 6 müsabiqə Çində, biri Azərbaycanda və bir neçəsi Qazaxıstanda keçiriləcək”, - Şoyqu bildirib.
Xatırladaq ki, ötən il Rusiyada "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti "Xəzər Kuboku" və "Tank biatlonu" yarışlarında ölkəmizi təmsil edir.
Azərbaycan tankçılarının da qatıldığı yarışlarda 17 ölkədən 51 tank heyəti iştirak edir. Yarışlarda Azərbaycan tankçıları Т-72B3 tanklarında çıxış edirlər.
Qeyd edək ki, beynəlxalq hərbi oyunlarda 19 ölkədən 121 komanda ümumilikdə quru, hava və dəniz hazırlığı üzrə 23 müsabiqədə yarışır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub