Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası dekabrın 29-da keçiriləcək.
Mynews.az məlumat verir ki, iclasın gündəliyinə 17 məsələ daxildir.
Bunlar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və s. qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir.
Bundan başqa, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılacaq, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında” qanun layihəsinə baxılacaq.
Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaq.
Bununla da parlamentin payız sessiyası başa çatacaq, deputatlar tətilə çıxacaq. Tətil yanvarın 15-də başa çatacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub