Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmiz üçün ən böyük təhlükə olaraq qalıb"

"Ermənistan Azərbaycana qarşı təcavüzü ölkəmiz üçün ən böyük təhlükə olaraq qalıb".

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2017-ci ildə Azərbaycanın tarazlaşdırılmış və fəal xarici siyasəti davam edib: "2017-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, regionda təhlükəsizliyin təmin edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, dünya dövlələri ilə qarşılıqı əlaqələrin inkişaf etdirilməsi, beynəlxaq əsasda çoxtərəfli siyasətin davam etdirilməsi, humanitar və mədəni siyasət kursunun həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının qorunması və digər istiqamətlərdə xarici siyasət davam edib".

H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, erməni lobbisinin və onlara himayədarlıq edən dairələrin beynəlxaq aləmdə Azərbaycana qarşı dezinformasiya siyasətinə qarşı iş aparılıb.

XİN rəsmisi bildirib ki, Ermənistan Azərbaycana qarşı təcavüzü ölkəmiz üçün ən böyük təhlükə olaraq qalıb.

O qeyd edib ki, Ermənistanın danışıqlar prosesini pozması, status-kvonun davam etdirilməsi cəhdi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyib.

H.Hacıyev vurğulayıb ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimdə qanunsuz referendum keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın ərazi bütövlüyünə hörmət nümayiş etdirilib.

H.Hacıyev əlavə edib ki, il ərzində Ermənistan tərəfi yenə də hərbi təxribatlara əl ataraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirib: "Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qəsdən hədəfə alması və bir neçə mülki vətəndaşımızı qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti pislənilib.

H.Hacıyev vurğulayıb ki, Ermənistanın işğal siyasəti davam edib və cəzasız qalması nəticəsində digər avanturalara əl atıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...