Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Bu mövqe BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və bütün dünya ictimaiyyətinə təqdim olunub.
Mynews.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Jerusalem Post ” nəşrinə müsahibəsində bəyan edib:
“Azərbaycanın məsələyə yanaşması ondan ibarətdir ki, münaqişələrin həlli zamanı beynəlxalq hüquqa əməl olunmalıdır. Bu, o deməkdir ki, Ermənistanın işğalçı qoşunları qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməli, ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunmalı, məcburi köçkünlər isə öz torpaqlarına qayıtmalıdırlar.
Azərbaycanın mövqeyi belədir ki, başqa dövlətin beynəlxalq hüququn tanıdığı ərazisində dövlət yaratmaq, bu məqsədə çatmaq üçün milli-etnik zəmində zorakılıq və silaha əl atmaq yolverilməzdir.
Əlbəttə, biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq. Bununla əlaqədar olaraq, biz münaqişənin dayanıqlı, effektiv və ədalətli nizamlanması üçün Azərbaycanın daxilində Dağlıq-Qarabağ regionuna daha geniş muxtariyyətin verilməsi, həmçinin Azərbaycanın qanunvericiliyi və beynəlxalq hüququn normalarına müvafiq olaraq, orada yaşayan erməni əhalisinin mülki, sosial-iqtisadi və mədəni hüquqlarının təmin olunması haqqında məsələni nəzərdən keçiririk”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub