Beynəlxalq Enerji Agentliyi (IEA) Türkiyənin təbii qaz idxalını açıqlayıb. Qurum bildirib ki, Türkiyə 2015-ci ildə 48 milyard 266 milyon kub metr təbii qaz idxal edib. Ötən il isə bu rəqəm 46 milyard 164 milyon kub metrə düşüb.
Türkiyənin satın aldığı təbii qazın həcmi 4,5 faiz azalıb.
Rusiyadan Türkiyəyə Qərb Xətti təbii qaz boru kəməri vasitəsilə 2015-ci ildə cəmi 11 milyard 192 milyon kub metr qaz ixrac edilib. 2016-cı ildə bu rəqəm 11 milyard 529 milyon kub metrə yüksəlib.
“Mavi Axın” boru xətti vasitəsilə 2015-ci ildə idxal edilən qazın həcmi 15 milyard 431 milyon kub metdən 2016-cı ildə 12 milyard 844 milyon kub metrə düşüb. Beləliklə, Rusiyadan idxal edilən qazın həcmi 2015-ci ildə 26 milyard 623 milyon kub metrdən, keçən il 2 milyard 250 milyon kub metrə qədər azalaraq 24 milyard 373 milyon kub metr təşkil edib.
Digər ölkələrdən qaz idxalına gəlincə, İrandan 2015-ci ildə 7 milyard 926 milyon kub
metr, 2016-cı ildə 7 milyard 704 milyon kub metr qaz alınıb. Azərbaycandan isə mavi qaz idxalı 2015-cı ildə 6 milyard 168 milyon kub metr, 2016: 6 milyard 480 milyon kub metr təşkil edib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub