“Qarabağda aprel müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da gücləndirib. Lakin bununla yanaşı, ötən il bağlanan müqavilə ilə Azərbaycanda türk hərbi bazalarının yaradılması həyata keçirilir. Hansı ki, Bakı və Ankaranın planlarında bir sıra məsələlərlə yanaşı, Ermənistanı küncə sıxışdırmaq da var”.
Bu barədə I Qarabağ müharibəsində azərbaycanlılara qarşı vuruşmuş erməni general-mayor Levon Stepanyan deyib.
L.Stepanyan Türkiyə Azərbaycanı tam şəkildə dəstəklədiyini və bunun Ermənistana qorxulu gələcək vəd etdiyini deyib.
Erməni general-mayor Türkiyə-Azərbaycan ittifaqına qarşı Rusiya-Ermənistan ittifaqını önə sürür və qeyd edir ki, Ermənistan yalnız bu cür xilas ola bilər.
“Ermənistanın xilası və təhlükəsizliyi Rusiya ilə yaradılmış birgə hərbi birləşmədir”, - deyə o bildirib.(publika.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub