Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları, eləcə də ictimaiyyət nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə “Açıq qapı” günündə iştirak edib.
Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədəki barelyefinin önünə gül dəstələri qoyaraq şəhidlərimizin xatirəsini bir daha ehtiramla anıblar. Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.
“Açıq qapı” günündə hərbi hissəyə gələn vətəndaşlar şəraitlə tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər. Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri narahat edən məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Xatirə olaraq hərbi hissə ərazisində Eldar şamı ağacları əkildikdən sonra müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.
E.Ə.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub