Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan ordusunun cəbhəboyu ərazilərdə irimiqyaslı təxribata əl atması aprel döyüşlərindəki itki və məğlubiyyətindən qaynaqlanır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, nəticədə 5 hərbi qulluqçumuz şəhid olduğu, düşmən tərəfinin xeyli itki verdiyi hadisələri şərh edən hərbi ekspert, ehtiyada olan polkovnik Məhərrəm Cahangirov deyir ki, ermənilərin hələ də aprel döyüşlərini həzm edə bilmir. Ekspertin sözlərinə görə bu yaxınlarda qondarma Dağlıq Qarabağ respublikasında keçirilmiş referendumdan diqqəti yayındırmaq da bu təxribatların həyata keçirilməsinə təkan verib.
Ekspert deyir ki, döyüş meydanında qalmış hərbçilərin meyitlərinin götürülməsini ləngitmələri onların acizliyinin göstəricisidir. Ekspertin sözlərinə görə ermənistan ordusu müxtəlif silahlardan vaxtaşırı olaraq təxribat törətməklə heç nəyə nail ola bilməyəcəklər. İlk növbədə ona görə ki onların ordusu və dövləti o potensialda deyil.
Ermənistan rəhbərliyi öz hakimiyyətinin vaxtını uzatmaq üçün tez-tez belə təxribatlara əl atmaqla azərbaycan ordusunu təşvişə sala bilməz. Belə ki, milli ordumuz ən müasir silahlara malikdir.
Bundan əlavə hərbçilərimizin döyüş ruhu da xalqımızı və dövlətimizi hər an qələbəyə apara bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub