USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qazaxıstan prezidenti: SSRİ-nin reinkarnasiyası baş verməyəcək

16:18 04.01.2018
Qazaxıstan prezidenti: SSRİ-nin reinkarnasiyası baş verməyəcək
16:18 04.01.2018

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin yaradılmasının SSRİ-nin “yenidən qurulması” ilə heç bir əlaqəsi olmadığını və birliyin sırf iqtisadi layihə olduğunu bildirib.

Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikri Qazaxıstan lideri tarixi publisistika janrında yazdığı və Qazaxıstanın  müasir tarixinə və gələcəyinə  müəllifin baxışını əks etdirən  Müstəqillik erası” adlı kitabında ifadə edib.

“Səmərəsiz (irrasional, məntiqsiz) qorxulara qapılan kəslərə gəlincə, belələrinə lazımi cavabı hələ 2011-ci ilin oktyabrında vermişəm: SSRİ-nin restavrasiyası və ya reinkarnasiyası baş vermir və bundan sonra da baş verməyəcək. Bu, yalnız keçmişin kabusu, əsassız gümanları və spekulyasiyalarıdır”, – deyə Nazarbayev cümə axşamı şəxsi saytında dərc olunan kitabında yazır.

Nazarbayevin fikrincə, AİB-nin Avropa İttifaqı ilə əməkdaşlıq potensialı böyük əhəmiyyət kəsb edir.

“Məhz buna görə 2016-cı ilin aprel ayında Brüsseldə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında birbaşa dialoqun qurulması təşəbbüsü ilə çıxış etmişəm. Dünya elitasına Avrasiya inteqrasiya prosesləri ilə əlaqədar ən etibarlı informasiyanı çatdırmaq üçün bütün imkanlardan istifadə etmişəm”, - deyə müəllif qeyd edir.

Nazarbayevin sözlərinə əsasən, 2016-cı ilin mart ayında Vaşinqtonda ABŞ hökumət rəsmiləri ilə keçirilən görüşdə AİB-nin sırf iqtisadi ittifaq olduğunu diqqətə çatdırıb.

“SSRİ-nin yenidən qurulmasından heç bir söz gedə bilməz. “Soyuq müharibədən” qalan bu stereotiplərin kökünü kəsmək lazımdır. Onlar bizə gələcəyə baxmağa imkan vermir. Avrasiya İqtisadi Birliyi tam iqtisadi layihədir”, - deyə Qazaxıstan lideri vurğulayıb.


Xəbər lenti